Modern.az

Səudiyyə Ərəbistanı İranı neft bazarında sıxışdırmağa başlayıb

Səudiyyə Ərəbistanı İranı neft bazarında sıxışdırmağa başlayıb

6 Yanvar 2016, 16:10

İranla diplomatik münasibətləri kəsən Səudiyyə Ərəbistanı avropalı müştəriləri üçün nefti ucuz qiymətlərlə satmağa başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Saudi Aramco” şirkəti şimal-qərbi Avropa ölkələri üçün yüngül neftin 1 barelini 0,6 dollar, Arazlıq dənizi ölkələri üçün isə 0,2 dollar ucuz satacaq.  

Maraqlıdır ki, Ər-Riyad Amerika üçün qiymətləri dəyişməz saxlayıb, Asiya müştəriləri üçün isə 0,6 dollar bahalaşdırıb.  

Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanın bu addımları İranın Avropadakı potensial müştərilərini özünə cəlb etmək və İslam respublikasının neft bazarına qayıdışını çətinləşdirmək məqsədi daşıyır.  

Ərəbistanda şiə lideri Nimra ən-Nimrin edamından və ardınca İrandakı Səudiyyə Ərəbistanın diplomatik nümayəndəliklərinə hücum iki ölkə arasında əlaqlərin tam kəsilməsinə yol açmışdı.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı