Modern.az

“Çin valyutasının ucuzlaşması Azərbaycana birbaşa təsir edə bilməz”

“Çin valyutasının ucuzlaşması Azərbaycana birbaşa təsir edə bilməz”

7 Yanvar 2016, 14:00


Yanvarın 7-də Çin yuanı növbəti dəfə  devalvasiya etməklə investorlarda ticarət müharibəsi qorxusu yaradıb. Çinin səhm indeksləri bazar açılandan saonrakı yarım saat ərzində 7 faizdən çox düşüb və bağlanıb.

Çin Xalq Bankı milli valyutanı ucuzlaşdırıb, 1 dollar 6.5646 yuana bərabərləşib. Bu, bir gün öncəki məzənnədən 0.5 faiz az, 2011-ci ilin martından ən aşağı məzənnə, ötən avqustdan bəri isə ən böyük gündəlik düşüşdür. Çinin ikinci devalvasiyaya getməsi manat üçün növbəti devalvasiya riski ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az saytına deyib ki, Çinin devalvasiya getməsinin manata birbaşa deyil, dolayı təsirləri müşahidə edilə bilər:

“Çin dünyanın ikinci iqtisadiyyatıdır. Bu ölkədə baş verənlərin həm dünya iqtisadiyyatına, həm də Çinlə olan ticarət-iqtisadi əlaqələrin səviyyəsindən asılı olaraq birbaşa və dolayısı yolla təsirləri müşahidə edilir.

Bu baxımdan Çində baş verən proseslər bizə birbaşa yox, dolayı yolla - o da yalnız müəyyən qədər təsir edə bilər”.

Deputat qeyd edir ki, manatın kursu yuanla müəyyən edilmədiyindən, onun dəyərsizişləşməsinin manata kəskin təsirindən söhbət gedə bilməz:

“Çünki Azərbaycan manatının nominal mübadilə kursu yuanla yox, dollar-avro səbəti ilə bağlıdır. Azərbaycanın maliyyə bazarı isə dünya və Çin maliyyə bazar ilə elə bir ciddi əlaqəyə malik deyil. Bununla belə, Çin Azərbaycanın əsas ticarət partnyorlarından biri olduğundan, bu istiaqamətdə müəyyən təsir görünə bilər”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü