Modern.az

“BakuBus” qəzaya düşən 6 sərnişinə sığortapulu ödədi - 6203 manat

“BakuBus” qəzaya düşən 6 sərnişinə sığortapulu ödədi - 6203 manat

7 Yanvar 2016, 15:56


“BakuBus” MMC tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "İcbari sığortalar haqqında" Qanunun müddəalarına əsasən, noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında «BakuBus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb.

Nəticədə həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib.

Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib. Məlumat "AzSığorta" şirkəti tərəfindən daxil olub.

Aytən ZƏHRA


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir