Modern.az

Zakir Qaralov işçi axtarır...

Zakir Qaralov işçi axtarır...

Təhsil

26 Noyabr 2010, 16:28

Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7 ştat vahidi, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1 ştat vahidi, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1 ştat vahidi, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulunu elan edib.         
Modern.az-ın məlumatına görəı, işə qəbulla əlaqədar namizədlərin kompüter texnologiyaları, foto, videoçəkiliş, trasologiya, ballistika, biologiya, kimya sahələri üzrə təhsilə və iş təcrübəsinə, mütəxəssis (kriminalist) ştatları üzrə namizədlərin sürücülük vəsiqəsinə malik olması tələb olunur.
İşə qəbulla əlaqədar namizədlər müsahibədən keçmək üçün 25 dekabr 2010-cu il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edə bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir