Modern.az

Neft Fondu Milanda 97 milyon avroya daşınmaz əmlak alır

Neft Fondu Milanda 97 milyon avroya daşınmaz əmlak alır

8 Yanvar 2016, 11:56


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə edib.

Modern.az  Dövlət Neft Fonduna istinadən xəbər verir ki, Palazzo Turati ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilib.

Palazzo Turati Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 metr məsafədə Via Meragvili 7 ünvanında yerləşir.

Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir.

1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunmuşdur. Palazzo Turati ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülmüşdür. Binanın satıcısı qismində Texnoholdinq S.P.A. çıxış edir.

Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, 10%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı