Modern.az

İqtisadçıdan diplomatik korpuslarla bağlı TƏKLİF

İqtisadçıdan diplomatik korpuslarla bağlı TƏKLİF

8 Yanvar 2016, 14:13


İqtisadçı Rövşən Ağayev diplomatik nümayəndəliklərin bağlanması fonunda büdcəyə qənaət edilməsi məsələsinə münasibət bildirib.

Modern.az saytı xəbər verir ki, ekspert büdcənin qənaət rejiminə keçməsi ilə bağlı bəzi səfirliklərin ləğv edilməsinin mümkünlüyü, yaradılması planlanan yeni səfirliklərin formalaşdırılması prosesinin ertələnməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən maraqlı nəticələr əldə edib.

O, diplomatik korpusun saxlanması ilə bağlı büdcə xərclərinin həcm və strukturuna diqqət çəkib:

“2015-ci ildə diplomatik korpusun saxlanması üçün 57 milyon manat nəzərdə tutulmuşdu.

Həmin ilin büdcəsi fevral devalvasiyasından öncə proqnozlaşdırıldığından bu təxminən 72 milyon dollar edir”. İqtisadçı diplomatik korpusun manatla müəyyən edilən xərclərinin valyuta ekvivalentini təqdim edib:

“2016-cı ildə xərclər 71.3 milyon manat proqnoz edilir. Bu, hazırkı rəsmi məzənnə ilə təxminən 46 milyon dollar edir ki, əvvəlki ilin faktiki məzənnəsi ilə (1 dollar=1.05 manat) hesablanan xərcdən 17 faiz,  2014-cü ilin xərclərindən 37 faiz azdır.

İndi ya hökumət yeni məzənnəyə uyğun manatla xərcləri artırmalı, ya diplomatik korpusu qənaət rejiminə keçirib azaldılmış, ixtisar edilmiş xərc rejiminə uyğunlaşdırmalı, ya da mediada yazılanlar kimi ixtisarlara getməlidir”.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?