Modern.az

Zəlimxan Yaqub vəfat etdi

Zəlimxan Yaqub vəfat etdi

9 Yanvar 2016, 17:08

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Modern.az xəbər verir ki, Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı. 

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb. 

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.

Allah Rəhmət eləsin!

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir