Noyabrın 29-da saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında Milli Məclisin yeni tərkibdə təmsil olunan müxalifət partiyaları deputatlarının görüşü olacaq. Bu barədə Modern.az-a VHP-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə Milli Məclisin növbəti sesiyasında müxalifətçi deputatların ‘məkdaşlıq və iş birliyi ilə bağlı ümumi strategiya müəyyənləşdiriləcək.
Xatırladaq ki, builki parlament seçkilərində müxalifət adına Vətəndaş Həmrəyliyi Partiyası (3 mandat), Ümid Partiyası (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (1 mandat), Demokratik İslahatlar Partiyası (1 mandat), Böyük Quruluş Partiyası (1 mandat), Ədalət Partiyası (1 mandat), Vətəndaş Birliyi Partiyası (1 mandat) iddia edir.
Modern.az