Modern.az

ABŞ prezidenti xəsarət alıb, onun üzünə 12 tikiş qoyulub

ABŞ prezidenti xəsarət alıb, onun üzünə 12 tikiş qoyulub

Təhsil

27 Noyabr 2010, 15:11

ABŞ Prezidenti Barak Obamanın basketbol oyunu zamanı dodağı partlayıb. Ağ evin tibb məntəqəsində həkimlər onun üzünə 12 tikiş qoymağa məcbur olublar.
Tikişlərin çox olması isə tikiş üçün daha nazik saplardan istifadə edilməsi ilə əlaqədardır. Onlardan istifadə olunarkən çapıq yeri o qədər də bilinmir.
Prezidentin zədə alması barədə müxtəlif ziddiyyətli məlumatlar daxil olmaqdadır. Bir məlumata görə, ona top dəyib. Lakin Ağ evin mətbuat katibi Robert Gibbsin sözlərinə görə, oyun zamanı rəqib komandanın oyunçularından biri Prezidenti təsadüfən dirsəyi ilə vurub.
Oyun Vaşinqtondakı Makneyr istehkamında keçirilib. Burada ABŞ-ın quru qoşunlarının bir sıra müəssisələri yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub