Modern.az

Deputatdan təklif: “Namizədlər seçki zamanı “dəlixanadan” arayış almalıdır”

Deputatdan təklif: “Namizədlər seçki zamanı “dəlixanadan” arayış almalıdır”

Parlament

27 Noyabr 2010, 15:41

Milli Məclisin deputatı Yevda Abramov yeni parlamentin iclasında Seçki Məcəlləsinə dəyişikilik  təkilf edəcək. Modern.az-a açıqlamasında deputat bildirib ki, seçkilər zamanı namizədlərin qeydiyyatı prosesinin sərtləşdirliməsini vacib sayır. Y.Abramov sonuncu seçkilər zamanı namizədlərin debatlarda etdiyi çıxışlardan narazı qalıb. Onun sözlərinə görə, deputatlığa namizəd olmaq istəyən şəxslərin ictimai reytinqini nəzərə almaq lazımdır.

“Builki seçkilər zamanı namizədlərin efirdə çıxışları mənim düzgün mövqedə olduğumu göstərir. Seçicilər debatlara sanki komediyaya baxırmışlar kimi baxırdılar. Hesab edirəm ki, seçkilərə qatılan namizədlərin psixoloqdan arayışı olmalıdır. Bundan başqa namizədin xeyrinə verilən imzaların sayını artırmaq lazımdır”-deyə Y.Abramov vurğulayıb.  

Y.Abramov bildirib ki, onunla həmrəy olan xeyli deputat var və onunla bağlı millət vəkilləri bir araya gələcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı