Modern.az

Əli Həsənov gənclərə müraciət etdi

Əli Həsənov gənclərə müraciət etdi

Təhsil

27 Noyabr 2010, 23:20
Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərindəki «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresində çıxış edən Prezident Administrasiyasi İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib.

Modern.az-ın məlumatına görə, o, bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb.

“Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur” misalını xatırladan Əli Həsənov deiyb ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır.
“Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir” deyən Əli Həsənov bəyan edib ki, gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir.

Əli Həsənov həm Azərbaycanda, həm da ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran vəzifələr barədə də danışıb. O gənclərə müraciətlə deyib ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.

“Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və dəstək verəcək”.

Əli Həsənov dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini  də qeyd edib.

Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməkdir.  Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb:
“Siz yaşadığınız ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi  yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı faydalanmaq lazımdır”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!