Modern.az

Neftin qiyməti 31 dollara yaxınlaşır

  Neftin qiyməti 31 dollara yaxınlaşır

İqtisadiyyat

11 Yanvar 2016, 21:31

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,44 dollar azalaraq 31,72 dollar təşkil edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,60 dollar azalaraq 31,95 dollar olub.

Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır. Bazar iştirakçıları hesab edir ki, Çinin milli valyutası olan yuanın devalvasiyası davam edəcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi