Modern.az

Məşhur futbol şərhçisi vəfat edib

Məşhur futbol şərhçisi vəfat edib

28 Noyabr 2010, 22:11

Məşhur rusiyalı futbol şərhçisi Vladimir Maslaçenko dünyasını dəyişib. SSRİ yığması və Moskva «Spartak»ının keçmiş qapıçısı 74 yaşına vəfat edib.
Rusiya mətbuatının məlumatına görə, V.Maslaçenko bir neçə gün öncə hipertonik böhran diaqnozu ilə Moskva xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Maslaçenko "NTV-Plyus Futbol" telekanalında şərhçi işləyir. O, 1961-ci ildə SSRİ-nin ən yaxşı futbol qapıçısı elan edilib. 1962-ci ildə «Spartak»ın tərkibində SSRİ çempionu olub. 1970-ci ildə karyerasını bitirdikdən sonra o idman jurnalistikası sahəsində çalışmağa başlayıb.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər