Modern.az

TQDK Naxçıvan MR-in Daxili işlər və Vergi orqanlarına işə qəbul imtahanlarının nəticəsini açıqlayıb

TQDK Naxçıvan MR-in Daxili işlər və Vergi orqanlarına işə qəbul imtahanlarının nəticəsini açıqlayıb

29 Noyabr 2010, 11:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikasının Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı keçirdiyi test imtahanlarının nəticələrini açıqlayıb. (Nəticələr burada //www.tqdk.gov.az/DINNMR2010.HTM).

TQDK Muxtar Respublikanın  vergi orqanlarında işləmək  istəyən  namizədlərlə də keçirilən test imtahanının nəticələrini elan edib.
( Nəticələr burada //www.tqdk.gov.az/VERGINMR2010.HTM)

Modern.az-ın məlumatına görə, daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfər,  Naxçıvan MR  vergi orqanlarında elan olunmuş müsabiqədə 14 nəfərin namizədliyi qeydə alınmışdı. 

Hər iki imtahan Naxçıvan Dövlət Universitetinin “Hüquq” tədris binasında keçirilib. Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə