Modern.az

Yeni Milli Məclisdə kim kimin yanında oturdu?

Yeni Milli Məclisdə kim kimin yanında oturdu?

Parlament

29 Noyabr 2010, 15:15


7 noyabr seçkiləri nəticəsində 4-cü çağırış Milli Məclisə mandat qazanan 125 deputat bu gün parlamentdə ilk iclasda iştirak edib.
Bəs yeni parlamentdə kim harada və kimin yanında əyləşib?  

Modern.az saytı bununla bağlı araşdıma aparıb. Əməkdaşımız parlamentin üzvü olan ayrı-ayrı millət vəkilləri ilə əlaqə saxlayıb. Deputatlar saytımıza bildiriblər ki, ilk iclas olduğundan kim harda gəldi əyləşib. Yəni heç bir deputat qarşıdakı 5 il üçün özünə daimi kreslo müəyyənləşdirməyib.
Xatırladaq ki, Milli Məclisə seçilən 125 nəfər deputat arasında ilk dəfə mandat qazanan 38 şəxs də var.  
Parlamentə ikinci, üçüncü və dördüncü dəfə seçilənlər ötən günlərdə saytrımıza bildirmişdilər ki, onlar əvvəlki yerlərində oturacaqlar. Yeni deputatların isə harada, hansı həmkarının yanında əyləşəcəyi yəqin növbəti iclasda dəqiqləşəcək.


Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir