Modern.az

Qarabağın azərbaycanlı icmasının yeni parlamentdən gözləntiləri var

Qarabağın azərbaycanlı icmasının yeni parlamentdən gözləntiləri var

Təhsil

29 Noyabr 2010, 15:38

Bu gün fəaliyyətə başlayan 4-cü çağırış Milli Məclisdən Qarabağ məsələsiylə bağlı xeyli gözləntilər var. Bu barədə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına bildirib. İndiyə qədər Qarabağ məsələsində parlamentin hər vaxt fəal olduğunu dilə gətirən icma rəhbəri parlamentarilərin fəaliyyətini diqqətlə izlədiyini də deyib: “Elə bir görüş, elə bir səfər olmayıb ki, deputatlarımız bu məsələdən danişmasınlar. Bu məsələ onlar üçün də hər zaman prioritet olub”.

Fəaliyyətə başlamaları münasibətilə deputatları təbrik edən icma rəhbəri “millət vəkillərimiz ötən illər ərzində daha çox təcrübə qazandılar. Onların Qarabağ məsələsində daha fəal olmalarını arzu edirəm” deyə vurğulayıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür