Modern.az

Prezident Milli Məclisdəki çıxışında siyasi qüvvələrə mesaj verib

Prezident Milli Məclisdəki çıxışında siyasi qüvvələrə mesaj verib

Təhsil

29 Noyabr 2010, 15:57


4-cü çağırış Milli Məclsin ilk iclasına qatılan prezident İlham Əliyev çıxış edib. Modern.az bu günkü iclasda iştirak edən deputat Zahid Oruca istinadən bildirir ki, dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan son proseslərə toxunub. İ.Əliyev bildirib ki, torpağın kiçik bir hissəsini geri qaytarmaqla güzəştə getmək mövqeyi istənilməsi qəbul edilə bilməz və Azərbaycan buna heç zaman getməyəcək. Prezident bildirib ki, Azərbaycan ərazi bütövlüyümüzə tam olaraq məsələyə bütöv yanaşır.

Prezident həmçinin ölkənin sosial –iqtisadi inkişafından danışıb. Ölkədə yoxsulluq şəraitində yaşayan insanların olduğunu qeyd edən prezident bu yöndə hökümətin və dövlətin daha ciddi addımlar atacağını bildirib.

Azərbaycanın enerji siyasətinin uğurla davam etdiyini deyən preizident bildirib ki, böyük neft ehtiyatları bizi arxayın salmamlıdır. “Bizim illərlə bu resurslara görə rahat yaşamaq imkanlarımız var. Amma bu bizi arxayın etməməlidir”-deyə ölkə başçısı söyləyib.

Z.Orucun sözlərinə görə, İ.Əliyev həmçinin ölkədə siyasi və iqtisadi islahatların paralel getdiyini vurğulayıb. Prezident bildirib ki, siyasi sistem təkcə hakimiyyətin qərarları ilə formalaşmır. “Dövlət başçısı bildirdi ki, siyasi sistem ölkədə digər qüvvələrin olmasını nəzərdə tutur və demokratik prinsiplərin genişləndirilməsini, demokratik ideya və siyasi yarışın olmağını tələb edir”.
İ.Əliyev onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti öz iradəsini göstərməklə məhz bu mövqeyə üstünlük verdiyini sübuta yetirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür