Modern.az

Aqressiv şəhərli Yeni Nissan Qashqai üçün yeni şərtlər!

Aqressiv şəhərli Yeni Nissan Qashqai  üçün yeni şərtlər!

Təhsil

29 Noyabr 2010, 17:25


“Nissan” avtomobillərinin Azərbaycanda rəsmi ditribütoru “Nurgün Motors” Yeni Nissan Qashqai avtomobilini əldə etmək istəyənlərə yeni sərfəli şərtlər təklif edir. İndi Yeni Nissan Qashqai alan hər bir müştəri 3 illik sığorta paketi və bank xərcini hədiyyə olaraq əldə edə bilər. Kredit şərtləri də çox əlverişlidir: 15%-dən başlayan bank faizi, 20%-dən başlayan ilkin ödəniş.

Yeni Nissan Qashqai avtomobili modern dizaynlı kuzova, interyerdə bəzi dəyişikliklərə və yeni cihazlar panelinə malikdir.

Yenilənmiş Qashqai avtomobilini daha da ensizləşdirilmiş qabaq işıqlara, çıxıntılı ştamplı kapota, yeni radiator çərçivəsinə və orijinal qabaq bamperinə görə tanımaq olar. Avtomobildə arxa bamper və işıq diodları quraşdırılmış arxa işıqlar da dəyişdirilmişdir. Qashqai-ın salonunun mərkəzində kristallmayeli monitoru olan daha sərt yeni cihaz paneli diqqəti çəkir. Monitora bort kompyuterindən yanacaq ehtiyatı və avtomatik transmissiyanın işinin rejim göstəricisi haqqında informasiya daxil olur. Yeni Nissan Qashqai bu dəyişikliklərdən sonra daha aqressiv görkəm alib. Bundan başqa, xarici görkəmində baş verən dəyişikliklər nəticəsində aerodinamik müqavimətin əmsalı azalaraq 0,34-dən 0,33-ə enmişdir. Bamperin aşağı hissəsinin forması havaqoruyucusunun ətrafında dəyişdirilərək havanın radiatora daxil olmasını asanlaşdırıb. Krossover yeni 17 düymlü təkərlərə, işıqdiodlu dəyişdirilmiş arxa işıqlara və daha 2 yeni rəngə - Qırmızı Magnetic Red və boz Titanium Grey rənglərinə sahib olacaq. Arxa işıqlara yeni duman ayıranlar (səpələyən), stop-siqnallara isə 12 işıqdiodu əlavə olunmuşdur.

Avtomobilin daxilinə kristalmayeli monitor quraşdırılmış, yeni tərtibatlı cihazlar paneli, spidometr və taxometrin yeni dizaynı, taxometrdən solda termometr, iki əsas şkalanın arasında isə bort kompüterinin TFT ekranı, əşyaların saxlanması üçün əlavə bölmələr, həmçinin sürücünün və sərnişinlərin ayaqlarının altında işıqlandırıcı əlavə olunub. Qapı panellərinin yuxarı hissəsi və qabaq panel qara rəngdə, oturacaq və qapıların aşağı hissəsi açıq boz rəngdədir. Dəri işlənmə daha incə həyata keçirilib. Audio sistemdə də dəyişikliklər baş verib. Belə ki, MP3 musiqi formatını dəstəkləyən və 6 kompakt diskli çeyncer quraşdırılıb. SE/SE+ və SV komplektasiyalarında avtomobilin dinamik stabilizə sistemi olan Electronic Stability Program sistemi vardır ki, bu da 1,6 l həcmli mühərriklərlərin ESP kurs dözümlülüyünü qorumağa imkan verir. 6 dinamikdən ibarət olan akustik sistem və kruiz-kontrol sistemində sürət həddi vardır. SV komplektasiyasının xüsusi versiyası şüşəli panorama lyuk və elektrik ötürücülü pərdələrə malikdir

Yeni Qashqai-ın xarici görünüşü London, Paddinqtonda yerləşən Nissan Design Europe-da, lakin əsas texniki mühəndis məsələləri  –  Nissanın Avropa texniki mərkəzində (İngiltərə, Bedfordşir) işlənib hazırlanmışdır. Avtomobillər həmçinin Nissanın İngiltərədəki Sanderlend zavodunda da istehsal olunur.

Ünvanlar:    Bakı şəh., Babək pr.31, Salamzadə küç.2
Telefonlar:  448 38 38; 430 81 41

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar