Modern.az

Dünyanı qarışdıran sensasiyalı sirləri "Wikileaks”-ə o ötürüb

Dünyanı qarışdıran sensasiyalı sirləri "Wikileaks”-ə o ötürüb

29 Noyabr 2010, 18:14

Bir neçə gündür Avstraliya doğumlu Julian Assange adlı şəxsin yaratdığı “Wikileaks.org” internet saytı dünyanı qarışdırb. İsveç saytı ABŞ Dövlət departamentinə məxsus diplomatik yazışmalardan ibarət olan bu sənədləri dünyaya yaymaqla sensasiyalara imza atıb. Modern.az saytı xarici mətbuata istinadla xəbər verir ki, gizli sənədləri “Wikileaks” internet saytına sızdıran şəxs hazırda ABŞ-ın Virciniya statında yerləşən hərbi təcridxanada saxlanılır.

Bu, 2007-ci ildə Amerka ordusunda xidmətə başlayan 23 yaşlı Bradley Manningdir. O, İraqda xüsusi xidmət üzrə mütəxəssis olub və   Bağdada 40 km məsafədə yerləşən  bir qurumda  gizli sənədlər üzərində çalışıb. Manning İraqa getdikdən sonra hemoseksual əsgər olduğu üçün ordudan kənarlaşdırılıb.
Məlumatla görə, Bradley Manning ABŞ-da tanınmış kompüter piratı Adrian Lamo ilə təmasa keçərək ondan xaricə məlumat sızdırmasına kömək etməsini istəyib.  

Amma Lamo onunla əməkdaşlıqdan imtina edərək amerikalı mütəxəsisiləri vəziyyətlə bağlı xəbərdar edib.

Məlumata görə, ABŞ hərbi personalının istifadə etdiyi kompüter şəbəkəsinə giriş icazəsi olan Manning bütün məlumatları asanlıqla əldə edə bilib.

İndi Bradley Manningin törətdiyi cinayət əməlinə görə  52 ilə qədər azadlıqdan məhrum ediləcəyi gözlənilir.

***
ABŞ hökuməti "Wikileaks" vebsaytı tərəfindəndən minlərlə diplomatik yazışma sənədinin açıqlanmasını qətiyyətlə pisləyib.

"Wikileaks" saytının təsisçisi Culian Assanj isə deyib ki, ABŞ rəsmiləri məsuliyyətə cəlb edilməkdən ehtiyat edirlər. Ağ Ev açıqlamaları "ağılsız" adlandırıb və deyib ki, onlar diplomatların və digərlərinin həyatını təhlükə altına qoyur.

Bir respublikaçı konqresmen hətta "Wikileaks"in terrorçu təşkilat adlandırılmasına çağırıb. Bu arada, Pakistanın Xarici İşlər Nazirliyi "həssas rəsmi sənədlərin məsuliyyətsiz açıqlanmasını" pisləyib. ABŞ-ın Müdafiə Nazirliyi deyir ki, gələcək sızmaların qarşısını almaq üçün kompyuter sistemlərinin mühafizəsini gücləndirəcək.

"Wikileaks" hələki əldə etdiyi 251 287 mesajın 200-ü dərc etdiyini bildirir. Lakin onların hamısı "Nyu York Taymz" və "Guardian" daxil olmaqla beş nəşrə təqdim olunub. Sızdırılmış teleqrammlarda ABŞ diplomatlarının olduqları ölkənin dövlət rəsmiləri barədə açıq və qaba fikirləri də yer alır.

ABŞ rəsmiləri İtaliyanın baş naziri Silvio Berluskonini özünəvurğun, bacarıqsız, kefcil və Rusiyanın "alfa köpək" baş naziri Putinlə yaxın münasibətlərə malik kimi təsvir edib.

Fransa prezidenti Nikola Sarkozi avtoritar, imperiyasız imperator adlandırılıb. Alman kansleri Angela Merkel isə "yaradıcı olmayan" və "risklərdən qaçan" kimi təsvir olunub.

Əfqanıstan prezidenti Həmid Kərzay barədə "olduqca zəif" və "paranoik" sözləri işlədilib.

Sesnsasiyalı məlumatların birində qeyd olunur ki, Liviya rəhbəri Müəmmər Qəddafi həmişə səyahətə çıxanda onun yanında ukraynalı, "böyük formulaya malik" tibb bacısı olur.

Çin hökumətinin kompyuter hakerlərinə dəstək verməsi iddia olunur.

Açıqlamalardakı digər məsələlər:

- İranın Şimali Koreyadan aldığı raketləri uzaqmənzilli etmək cəhdləri;

- Əfqanıstanlı rəsmi şəxsin üzərində 52 milyon dollar nəğd pulla səyahətə çıxması;

- Quantanamo əsir düşərgəsindəki məhbusları başqa ölkələrdə yerləşdirmək üçün xarici dövlətlərə rüşvət və ya Obama ilə görüş vədləri;

- Amerikanın dövlət katibi Hillari Klintonun BMT rəhbərliyi üzərində casusluq etmək göstərişi;

- Rusiya hökuməti və mütəşəkkil cinayətkarlıq arasında əlaqə;

- Yəməndəki əl-Qaidə üzvlərinin ABŞ raketləri ilə məhv edilməsi, amma bunun Yəmən ordusu tərəfindən həyata keçirildiyi  iddiası;

"Wikileaks" hesab edir ki, sənədlərin açıqlanması müharibələr, işgəncələr və İraqda 15 min mülkinin öldürülməsi kimi məsələlərə işıq salmaqla cəmiyyətə xeyir gətirir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi