Modern.az

Əkrəm Əylisli: “O işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz”

Əkrəm Əylisli: “O işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz”

15 Yanvar 2016, 10:43

“Yazıçının işi nəsə yazmaqdır. Mən də nəsə yazmağa çalışıram. Yazmaqdan başqa nə bacarıram ki! Cızma-qara edirəm...”. Bunu Modern.az saytına açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.

Yazıçı bəzi siyasətçilərin siyasi mövqeyindən də söz açıb.

“Siyasi sədaqət üstündə möhkəm iqtisadiyyat yaratmaq olmaz. Kadr seçiləndə siyasət yox, o kadrın mahiyyəti, professionallığı, işə olan münasibəti nəzərə alınmalıdır. Bu gün üzdə hər şeyin yaxşı olduğunu deyib, arxada başqa işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz. Ziyalılar hər zaman bu cür halların şahidi olub. Kim istəyər ki, onun dövləti zəif olsun, onun xalqı pis yaşasın. Bəzi siyasətçilər bir çox məsələlərdən özləri üçün nəticə çıxartmalıdır. Vəzifəyə təyinat alanlar öz işlərini sədaqətlə yerinə yetirməlidirlər”.

Yazıçı vaxtilə üzv olduğu Ziyalılar Forumundan da danışıb.

“Vaxtilə Ziyalılar Forumunda təmsil olunanda dövlətə, xalqa sədaqətli insanların çoxalmasına nail olmaq istəyirdik. Öz adıma əminliklə deyə bilərəm ki, heç vaxt siyasətçi olmaq iddiasına düşməmişəm. Forumun fəaliyyəti zamanı çalışırdım ki, ziyalı kimi xalqın yanında olum. Ziyalılar Forumunda ziyalılar, alimlər bir yerə toplaşıb bir çox məsələlərin həll edilməsi istiqamətində fikirlərini irəli sürürdülər. Dövlətdə siyasətçilərlə yanaşı, ziyalıların da fikirləri önəmli yer tutur. Ümumi məsələlərdə ziyalılar dövlətin, xalqın yanında olurlar”.

Ə.Əylisli Ziyalılar Forumundan getməsinə belə aydınlıq gətirib:

“Ziyalılar Forumunda  ciddi səhvə yol verdilər. Gərək  o Forum fəaliyyətini davam etdirəydi. Azərbaycanın ziyalı mühiti kimi daha fəal işlər görə bilərdi. Mənə elə gəlir ki, hakimiyyətə heç bir ziyan dəyməzdi. Təəssüf ki, Ziyalılar Forumu məhv oldu”.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?