Modern.az

Yeni deputatların adları Milli Məclisin veb-səhifəsinə salındı

Yeni deputatların adları Milli Məclisin veb-səhifəsinə salındı

Təhsil

30 Noyabr 2010, 13:04


4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirildi, yeni parlament artıq fəaliyyətə başlayıb. 4-cü çağırışın işə başlamasına müvafiq olaraq Milli Məclisin rəsmi internet saytında da bəzi dəyişikliklər edilib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin veb-səhifəsində parlamentin tərkibi artıq yeni heyətlə təqdim olunur. Buradakı siyahıda bütün 125 deputatla bağlı da bəzi məlumatlar yerləşdirilib. Məsələn, onların hansı seçki dairəsindən seçildikləri, doğum ili, siyasi mənsubiyyəti göstərilib. Amma parlamentə ilk dəfə düşən 38 yeni deputatın şəkilləri hələ Milli Məclisin veb-səhifəsinə yerləşdirilməyib. Köhnələr barədə isə informasiyalar şəkillərlə təqdim olunur.
Saytdan hələlik yalnız rəhbərlikdə təmsil olunan 4 millət vəkili barədə tam və dolğun məlumat əldə etmək olar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır