Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistanın şərqində Pəncab əyalətində 6 yaşında məcburi evləndirilən qız uşağı, toy zamanı polislər tərəfindən qurtarılıb.
Yerli televiziyaların xəbərinə görə, Uzma adlı qız uşağını 23 yaşındakı qohumuyla evləndirmək istəyiblər. Uzma polislərin toy evinə etdikləri basqının nəticəsində son anda xilas olunub.
Pəncab polisindən Bilal Zəfər jurnalistlərə açıqlamasında, bir xəbər nəticəsində gizli toy edilən evə basqın etdiklərini, bəzi ailə üzvlərini sorğulamaq üçün nəzarətə alındığını, bəy, bəyin atasının və qızın atasının həbs olunduğunu deyib.
Polis “qız uşağının olanlardan xəbəri olmadığını”, ona çoxlu sayda hədiyyə alaraq aldadıldığını deyib.
Modern.az