Modern.az

Neft qiymətləri 2003-cü ilin yanvar səviyyəsinə düşdü - 27,71 dollar

Neft qiymətləri 2003-cü ilin yanvar səviyyəsinə düşdü - 27,71 dollar

İqtisadiyyat

18 Yanvar 2016, 09:46


Avropa Birliyi və ABŞ-ın İranın üzərindən sanksiyaları götürməsi xəbəri dünya neft bazarında sürətli ucuzlaşmaya səbəb olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər açılan Nyu-York birjasında Brent markalı neft 2,27% dəyər itirib və 1 barelə görə 28,57 dollara satılır.

Neft 1 saatlıq olsa da, 27,71 dollara düşmüş və bununla 2003-cü ilin yanvarından bəri müşahidə olunmayan qiymətə satılmışdı. Lakin sonradan “qara qızıl” bir qədər bahalaşaraq, 28 dollar səviyyəsinə qayıdıb.

WTI markalı neft isə 0,97 ucuzlaşaraq, 30,09 dollara düşüb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə