Modern.az

Alimlər: “Yaşlı valideynlərin uşaqları az yaşayır”

Alimlər: “Yaşlı valideynlərin uşaqları az yaşayır”

18 Yanvar 2016, 16:23

Alimlər valideynlərin yaşı ilə onların uşaqlarının yaşam davamlılığı arasında əlaqənin olduğunu göstərən bioloji mexanizm tapıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlar yaşlı ailələrdə doğulan uşaqların ömürlərinin nisbətən qısa olmasını təsdiqləyib.

Şimali Dakota, Edinburq və Qlazqo universitetlərinin 30 ildən artıq davam edən ortaq araşdırması bu nəticəni verib.

“Valideynlərin yaşı mühafizə funksiyası gerçəkləşdirən xromosomlara təsir edir. Valideynlərin yaşı nə qədər çox olursa, həmin mühafizə xromosomlarının məhvi bir o qədər sürətlə baş verir”.  

Bioloq Britt Haytinqer isə həmin xromosomların hüceyrələr bölünən zaman DNT kodunu mühafizə etdiyini və xromosomların məhvinin isə erkən qocalığa gətirib çıxardığını deyib.    

Vüqar İsmayılov     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər