Modern.az

Rusiya ATƏT-i modernləşdirməyi təklif edir...

Rusiya ATƏT-i modernləşdirməyi təklif edir...

1 Dekabr 2010, 10:41

Medvedev ATƏT-in öhdəliklərinin özünü doğrultmadığını deyib

ATƏT özünün potensialını itirməkdədir və onun modernləşməsinə ehtiyac var. Bu barədə Rusiya prezidenti D.Medvedev Astanada keçirilən sammitdə bildirib. 
“Rusiya Helsinki prinsiplərinin praktikada tətbiqi üçün quruma yeni nəfəs verilməsini dəstəkləyir. Bunun üçün ATƏT-i, onun stil və fəailyyət formasını modernləşdirmək lazımdır”-deyə Medvedev deyib.

Rusiya prezidenti bildirib ki,  qurum tərəfindən yeni öhdəliklərin və onların təmin edən vasitələrin yaradılması özünü doğrultmur. “Təşkilatın resurslarından səmərəli istifadə üçün dəqiq hüquqi baza və universal hüquq qaydaları lazımdır”.

O, bildirib ki, Rusiya özünün tərəfdaşları ilə ATƏT-in yeni Nizamnamə layihəsini təklif edib.  Prezident qeyd edib ki, təşkilat yaranarkən iştirakçı dövlətlər o zamankı ideoloji fikir ayrılıqlarını kənara qoyaraq konsensusa gələ biliblər.
“Bu gün heç bir ideolji manelər, hərbi qarşıdurmalar yoxdur. Biz problemlərin həlli üçün birləşməliyik”-deyə Medvedev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi