Modern.az

Məşhur fizikdən ŞOK PROQNOZ: “İnsanlar kosmosda koloniyalar yaradacaq”

Məşhur fizikdən ŞOK PROQNOZ: “İnsanlar kosmosda koloniyalar yaradacaq”

19 Yanvar 2016, 17:32

 

Məşhur britaniyalı alim Stiven Houkinq Yer kürəsini yaxın min yaxud 10 min ildə dəhşətli texnogen qəzanın gözlədiyini deyib.

Modern.az xəbər verir ki. bu barədə alim BBC telekanalına müsahibəsində deyib.  

“Hazırda Yer planetində texnogen qəzanın baş verməsi ehtimalı kifayət qədər aşağı olsa da, bu ehtimal vaxtla artır. Yaxın min, yaxud 10 min il ərzində əminliklə bunun baş verəcəyini demək olar”.  

Lakin Houkinq hesab edir ki, həmin vaxta qədər insanlar yeni kosmik məkanlar və ulduzları fəth etdikləri üçün Yer kürəsindəki qəza bəşəriyyətin sonu olmayacaq.

“Buna baxmayaraq, yaxın 100 il ərzində kosmosda koloniyalar yaratmayacağımız üçün bu zaman kəsiyində xüsusi ilə ehtiyatlı davranmalıyıq”.   Alim düşünür ki, sonda insanlar başqa planetlərdə koloniya qura biləcəklər.

Fizik XXI əsrdə bəşəriyyət üçün ən böyük təhlükənin nüvə müharibəsi, qlobal istiləşmə və genetik modifikasiyaya uğramış viruslar olduğunu deyib. Onun fikrincə, elm və texnologiyanın qarşıdakı inkişafı yeni təhlükələr yaradacaq.    

Vüqar İsmayılov     

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü