Modern.az

2015-ci ildəki xarici investisiyalar - 1,7 trilyon dollar

2015-ci ildəki xarici investisiyalar - 1,7 trilyon dollar

Dünya

21 Yanvar 2016, 13:21

Ötən il ABŞ-a 384 milyard dollarlıq rekord xarici investisiya yatırılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və Əməkdaşlıq üzrə konfransında məlumat verilib. 2014-cü ilə nisbətən 4 dəfə çox investisiya cəlb edə bilən Amerika bu göstərici ilə Çini geri qoyub.

2-ci pillədə duran Çin isə investisiya cəlbini 6% artıraraq iqtisadiyyatını 163 milyard dollar zənginləşdirib.  

BMT-nin məlumatına görə 2015-ci ildə dünyada xarici investisiyaların cəmi 1,7 trilyon dollar olub. Bununla yanaşı, həmin investisiyaların 55%-i inkişaf etmiş ölkələrin iqtisadiyyatına cəlb olunub.  

Rusiya iqtisadiyyatına cəlb olunan investisiyalar isə 2015-ci ildə 92%, Qazaxıstan iqtisadiyyatına isə 62% azalıb.

Afrika ölkələrinə qoyulan xarici investisiya 2015-ci ildə 31%, Latın Amerikası ölkələrində isə 111% azalıb. Hindistanda isə bu müddətdə investisiyalar 2 dəfə artıb.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür