Modern.az

Məhkəmə agentin qatillərinin adını AÇIQLADI – Onlardan biri Putindir

Məhkəmə agentin qatillərinin adını AÇIQLADI – Onlardan biri Putindir

21 Yanvar 2016, 14:08

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq zabiti Aleksandr Litvinenkonun ölümü ilə bağlı London Məhkəməsinin qərarı dərc olunub.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı istintaqçılar 2006-cı ildə Londonda polonium-210 radioaktiv maddəsi ilə zəhərlənərək, öldürülmüş Litvinenkonun qatillərinin Aleksandr Luqovoy və Dmitrti Kovun olduğunu müəyyən ediblər.  

Məhkəmənin məlumatına görə, qaçaq FTX zabiti ölümcül radiasiyanı 2006-cı il noybarın 1-də Luqovoy və Kovtunla görüş zamanı alıb.  

“Mənə təqdim edilən bütün ifadə və ekspertiza rəylərini nəzərə alaraq, hesab edirəm ki, Federal Təhlükəsizlik Xidmətinə Litvinenkonun öldürülməsi barədə əməliyyat barədə ola bilsin ki, cənab Patruşev (Nikolay Patruşev - o illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru-red.) və prezident Vladimir Putin razılıq verib”,-deyə hakim bildirib.

London Məhkəməsi zəhərlənmə faktına görə Rusiya cinayətkar qruplaşmalarının, yaxud oliqarx Boris Berezovskinin də əlinin olmasını inkar etməyib.      

Vüqar İsmayılov


Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi