Modern.az

Ankara Məhkəməsi Rəcəb Tayyib Ərdoğanın iddiasını təmin etməyib

 Ankara Məhkəməsi Rəcəb Tayyib Ərdoğanın iddiasını təmin etməyib

21 Yanvar 2016, 23:49

 

Ankara Məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iddiasını təmin etməyib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiası təmin olunmayıb. 

Qeyd edək ki, iddia 2014-cü ilin fevralında Kamal Kılıçdaroğlunun Ərdoğan barəsində səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı olub. Ərdoğanın vəkilləri Kılıçdaroğlu barəsindəki iddiada dəymiş mənəvi zərərə görə 200 min lirə kompensasiya tələb ediblər.  

“Siyasətçilər bu cür hallara yol verməməlidirlər. Bu bizim övladlarımıza pis örnəkdir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları göz qabağındadır”- deyə Ərdoğanın iddiasının təmin edilməməsinə dair qərar verən hakim Leyla Kundakçı bildirib.    

Qeyd edək ki, Ankara prokurorluğu Ərdoğanın Kılıçdaroğluna qarşı yeni iddiasının araşdırılmasına başlayıb. Bu dəfə prezident partiya sədrindən 100 min lirə təzminat tələb edib. Buna səbəb isə CHP liderinin yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirməsi olub. 

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaldan ifadələrin olduğu iddia edilib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir