Modern.az

Azərbaycanlı Adəm və Həvvalar...

Azərbaycanlı Adəm və Həvvalar...

Mədəni̇yyət

22 Yanvar 2016, 13:34

Son illər Azərbaycada yeni doğulan uşaqlara dini adların qoyulması halları artır. Bunlar arasında Yusif, Hüseyn, Əli, Məhəmməd kimi oğlan adlarının, Zəhra, Fatimə, Zeynəb qız adlarının daha geniş yayıldığı barədə əvvəllər də məlumat vermişik.  
Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən adlarla bağlı verilən statistik məlumatlarda da sadalanan adlar hələ ki liderlik edir.

Modern.az saytı dini adlarla bağlı son illərin statistikasını araşdırarkən daha bir maraqlı məqamla rastlaşıb. Məlum olub ki, Azərbaycanda yeni doğulan uşaqlar arasında Yer üzünün ilk insanları olmuş Adəm və Həvvanın adaşları da az deyil.

Belə ki, Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən əldə etdiyimiz məlumata görə, son 5 ildə Azərbaycanda yeni doğulan 1291 uşağa Adəm adı verilib ki, bundan da 321-i 2015-ci ildə dünyaya gələn körpələrdir.

 Son 5 ildə anadan olan 222 qız uşağına isə Həvva adı verilib. Bunlardan 48-i ötən il doğulub.

“Quran”da da adları keçən Adəm və Həvva Allahın Yer üzündə yaratdığı ilk insanlar olub.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır