Modern.az

ABŞ İraq və Suriyada quru əməliyyatına başlayır – RƏSMİ

ABŞ İraq və Suriyada quru əməliyyatına başlayır – RƏSMİ

22 Yanvar 2016, 17:38


ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri İraq və Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına başlayacağı ilə bağlı anons verib.  

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Eşton Karter açıqlama verib.  

“Biz İŞİD-i məğlub etmək üçün bunu etməliyik. Əminəm ki, buna nail olacağıq, lakin prosesin sürətlənməsini istəyirəm”.  

Müdafiə naziri deyib ki, əsas hədəf Mosul və Rakka şəhərlərinin azad olunmasıdır.  

Əməliyyatlara ABŞ-ın 101-ci hava desant diviziyası cəlb olunacaq.  

Bundan öncə, Fransanın müdafiə naziri Le Driana 2014-cü ilin yayından bəri İraq və Suriyaya 22 mindən artıq İŞİD üzvünün aviasiya zərbələri nəticəsində məhv edildiyini bildirmişdi.    

Vüqar İsmayılov    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir