Modern.az

İŞİD-ə qarşı quru qoşunlarından istifadə ediləcək

 İŞİD-ə qarşı quru qoşunlarından istifadə ediləcək

Dünya

22 Yanvar 2016, 21:48

 

Koalisiya qüvvələri İŞİD-lə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter açıqlama verib. 

ABŞ-ın müdafiə naziri bildirib ki, İraq və Suriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək: “Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

K.Eşton İŞİD-i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini vurğulayıb. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!