Modern.az

"Narıncı inqilab"ların sponsorundan Avropa üçün qorxulu PROQNOZ

"Narıncı inqilab"ların  sponsorundan Avropa üçün qorxulu PROQNOZ

23 Yanvar 2016, 09:41

“Lider yoxluğu və qaçqın problemi, miqrasiya böhranı sonda Avropa Birliyinin dağılmasına gətirib çıxaracaq”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu məşhur yəhudi əsilli amerikalı maliyyəçi Corc Soros deyib. Milyarderin fikrincə, Avropa üçün ikinci dünya müharibəsindən sonra olduğu kimi “Marşal planı” hazırlanmalıdır.

“Rusiyanın isə bu “Marşall planı”nın tərkib hissəsi olması vacibdir”,-deyə o əlavə edib.

Corc Soros deyib ki, bu plan qaçqın ölkələrinə milyardlarla investisiya qoyuluşu ilə nəticələnməlidir.

"Marşal planı" ikinci dünya müharibəsindən sonra Avropa iqtisadiyyatının yaxşılaşdırılması, ticarət baryerlərinin aradan götürülməsi üçün həyata keçirilən proqramdır. 

Qeyd edək ki, Corc Soros “narıncı inqilab”ların sponsoru kimi də tanınır. O, dünya iqtisadiyyatı müstəvisində önəmli fiqurlardan biri hesab olunur.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir