Modern.az

Deputatlığa namizədlər bıçaq davasına çıxıb - bir ölü, üç yaralı

 Deputatlığa namizədlər bıçaq davasına çıxıb - bir ölü, üç yaralı

23 Yanvar 2016, 21:17

 

İranda parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Modern.az saytı xəbər verir ki, bu məlumatı APA İranın Xuzestan əyalətinin polis rəisinin ictimai məsələlər üzrə müavini Rəhman Musəviyə istinadən yayıb.  

R.Musəvi bildirib ki, Xuzestan əyalətinin Şuş şəhərində parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma bu gün günorta saatlarında baş verib. “Qarşıdurmada bir nəfər bıçaqlanaraq öldürülüb, 3 nəfər isə müxtəlif xəsarətlər alaraq Əhvaz şəhər xəstəxanalarına yerləşdirilib”.  

R.Musəvinin sözlərinə görə, qarşıdurmanı polisin müdaxiləsindən sonra dayandırmaq mümkün olub: “Hazırda vəziyyət polisin nəzarəti altındadır, hadisə araşdırılır”.  

 Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçiriləcək.

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir