Modern.az

ABŞ Suriyada aviabaza yaradır

 ABŞ Suriyada aviabaza yaradır

Dünya

23 Yanvar 2016, 23:01

 

ABŞ Suriyanın şimal şərqində aviabaza yaradır. Modern.az saytı xəbər verir ki, bunu “Frans Press” Suriya təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.       

Məlumata görə, bazanı Suriyanın Türkiyə və İraqla həmsərhəd ərazisində,  Əl Xasake əyalətinin Ramilan şəhərindəki kənd təsərrüfatı aerodromunun əsasında tikmək nəzərdə tutulub. Bazaya eniş edəcək ABŞ helikopterləri və yük təyyarələri kürd silahlı dəstələrini silah-sursat və ləvazimatlarla təchiz edəcək.   

Ramilan şəhərində yaradılacaq aviabaza ABŞ-ın Suriya ərazisində ilk bazası olacaq.    

“Times”-ın məlumatına görə, bazanın yerləşdiyi əyalət kürd silahlı dəstələrin nəzarətindədir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı