Modern.az

Ərdoğanla ABŞ-ın vitse prezidenti görüşüb

 Ərdoğanla ABŞ-ın vitse prezidenti görüşüb

23 Yanvar 2016, 23:24


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-ın vitse prezidenti Coe Bayden arasında keçirilən görüş yekunlaşıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mabeyn köşkündə baş tutan görüş 2 saat yarım davam edib.

Məlumata görə, Prezident Ərdoğan və ailəsi, Baydenin ailəsi ilə birlikdə xatirə şəkli çəkdirib.

Görüşdə ikili münasibətlərlə yanaşı Suriya və İraq mövzusu, habelə regional məsələlər ələ alınıb. İstanbul və Diyarbəkirdə baş verən terror hadisələrində ABŞ-ın mövqeyindən məmnuniyyətini dilə gətirən Ərdoğan, terrorla mübarizə mövzusunda doğru mesajlar verilməsinin vacib olduğunu vurğulayıb.

ABŞ-ın vitse prezidenti isə öz növbəsində ölkəsinin terrorla mübarizədə Türkiyənin yanında olduğunu qeyd edib. Biden, PKK-nı terror qruplaşması olaraq gördüklərini də görüş zamanı bildirib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?