Modern.az

İran və Çin strateji tərəfdaşlıq haqqında razılıq əldə edib

 İran və Çin strateji tərəfdaşlıq haqqında razılıq əldə edib

24 Yanvar 2016, 01:25

 

İran və Çin 25 illik strateji tərəfdaşlıq haqqında razılıq əldə edib. Modern.az saytı İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri ayətulla Əli Xameneyi ÇXR sədri Si Szinpin ilə görüş zamanı bildirib.

"İran xalqı və hökuməti həmişə Çin kimi müstəqil və etibarlı tərəfdaşlarla münasibətləri genişləndirməyə can atıb və atacaq. İran və Çin prezidentləri strateji münasibətlərin inkişafına dair 25 il müddətinə razılıq əldə ediblər. Bu tamamilə doğru və müdrik addımdır", - deyə dini lider bildirib.

Əli Xameneyi energetika, neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafını xüsusi olaraq vurğulayıb.

O, Tehran və Pekinin təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlmələrindən məmnunluğunu ifadə edib və bildirib: "Çox təəssüf ki, Qərbin səhv siyasəti sayəsində İslam haqqında yanlış fikrin yayılması mümkün olub ki, bu da region üçün təhlükə kəsb edir".

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir