Modern.az

Təqaüdçü 700 min dollarını həmkədlilərinə bağışlayıb

 Təqaüdçü 700 min dollarını həmkədlilərinə bağışlayıb

Dünya

24 Yanvar 2016, 22:04


Serbiyanın dağ kəndində 70 dollar pensiya gəliri ilə kərpic evdə təkbaşına yaşayan 86 yaşındakı Mariya Zlatiç Avstraliyadakı ərindən qalan təxminən 700 min dolları ona kömək edən kəndlilərə paylayıb.  Modern.az saytı Azərtac-a istinadən xəbər verir ki, “Vecernje Novosti” qəzetinin xəbərinə görə, Mariya Zlatiçin Avstraliyada dülgərlik edən ərinin 2011-ci ildə öldüyü məlum olub.  

Zlatiç kəndlilərin köməyi ilə Avstraliyanın Belqrad səfirliyinə müraciət edib və pul onun hesabına yatırılıb.  

Zlatiç qəzetə açıqlamasında “yaxında gedəcəyim yerdə pula ehtiyacım olmayacaq. Buna görə də bütün pulu mənə kömək edən kəndlilərə payladım. Hələlik təqaüdçü maaşım mənə çatır” deyib.

  Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır