Modern.az

İran 114 eni təyyarə almaq istəyir

 İran 114 eni təyyarə almaq istəyir

Dünya

24 Yanvar 2016, 23:03

 

İran, BMT sanksiyalarının götürülməsindən sonra mülki donanmasını yeniləmək üçün ABŞ istehsalçısı Boeing-dən təyyarələr almaq istəyir. Modern.az saytı xəbər verir ki, bunu İranın nəqliyyat nazirinin müavini Əsğər Fəxriye Kaşan “Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, ölkəsi 100 təyyarə alınmasında maraqlıdır.  

İrana qarşı BMT sanksiyaları bir həftə əvvəl ləğv edilib. Bu, Airbus-a İrana 114 təyyarə satmaq sövdələşməsi əldə etmək imkanı verib.

İrana qarşı ABŞ ticarət sanksiyaları qüvvədədir, lakin Boeing bəzi istisnalarla İranla razılığa gələ bilər. Lakin ötən həftə Boeing bildirib ki, İrana təyyarə satmaq qərarı vermək üçün "bir çox addımlar" atılmalıdır.

İran mediası yazır ki, Airbus-la sövdələşmə çərşənbə günü prezident Həsən Ruhaninin Parisə səfəri zamanı rəsmiləşdiriləcək.

İranın kommersiya avialaynerlərinin orta yaşı təxminən 27-dir, airfleets.net saytı bildirir. Beynəlxalq standartlara uyğun olmadığından Avropa tənzimləyiciləri İranın bütün hava şirkətlərinə qadağa qoyduğuna da, onlardan cəmi 12-si Avropa İttifaqının hava məkanından istifadə edə bilirdi.

İran Air şirkətinin saytı yazır ki, onun hazırda 43 təyyarəsi var.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!