Erməni tərəfi şikayətlənir ki, Azərbaycan prezidentinin güzəştsiz bəyanatıları fonunda Sarkisyanın danışıqlarda zəif olması barədə təsəvvürlər yaranır
Ermənistan Dağlıq Qarabağ danışıqlarında özünün mövqeyini dəyişib. Bu barədə “Reqnum” Agentliyinə üç ölkənin prezidentinin Moskva, Soçi və Həştərxan görüşlərinin hazırlanmasında iştirak edən adının çəkilməsini istəməyən rus diplomatlarından biri bildirib.
Diplomatın sözlərinə görə, Ermənistan indi də Azərbaycan və Ermənistan prezidentlərin ikitərəfli görüşlərinin keçirilməsi üçün həmsədr ölkələrin müəyyən təminat verməsini istəyir.
Serj Sərkisyan Astana sammiti ərəfəsində Rusiya rəhbərliyinə İlham Əliyevlə görüşmək istəmədiyini çatdırıb.
“Erməni tərəfi şikayətlənir ki, İlham Əliyev güzəştsiz bəyanatıları fonunda Sərkisyanın danışıqlarda zəif olması barədə təsəvvürlər yaranır”-deyə mənbə qeyd edib. Diplomat deyib ki, Astanada prezidentlərin görüşünün baş tutmamasının səbəbi də bundadır.