Modern.az

"Gənc Liderlər" də Turqut Ərə qarşı çıxdı

"Gənc Liderlər" də Turqut Ərə qarşı çıxdı

Qarabağ

2 Dekabr 2010, 15:03

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin yazdığı "Azadlıqdan tiranlığa" kitabı "Gənc Liderlər" Uşaq və Gənclər (UGT) Təşkilatı tərəfindən də ciddi etirazla qarşılanıb. Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlərin sürətlə inkişaf etdiyi,  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin rolu və səyləri genşləndiyi bir məqamda ermənipərəst qüvvələrin fəallaşması əslində təbii sayılmalıdır: "Turqut Ər kimi vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və "sürüşkən diplomat" imici qazanmış birisinin kitabı da bu yöndə atılan addımlardan biri kimi dəyərləndirilməlidir".

Fərid Şahbazlının sözlərinə görə, Turqut Ərin «Azadlıqdan tiranlığa» adlı kitabında əksini tapan məqamlar maraqlı bir nüansı üzə çıxarır: "Kitabı dərindən təhlil edəndə açıq-aydın görünür ki, Turqut Ər Azərbaycanda diplomat fəaliyyəti ilə deyil, casusluqla məşğul olub. Onun işi-peşəsi Azərbaycanda cərəyan edən siyasi prosesləri izləmək və bu proseslərdən Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasında maksimum yararlanmaqdan ibarət olub. 

Ancaq "sürüşkən diplomat"ın bu cəhdləri baş tutan deyil. Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya bəlli olan tarixi kökləri var. Ümumilli lider Heydər Əliyev isə bu münasibərlərin əsas memarlarından biridir. Ona görə də Turqut Ər yazdıqlarına görə, tarix və millət qarşısında cavab verməli olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir