Modern.az

“Kurtlar Vadisi”dən təsirlənən şagirdlər bir məktəblini öldürdülər

“Kurtlar Vadisi”dən təsirlənən şagirdlər bir məktəblini öldürdülər

2 Dekabr 2010, 15:51

İraqda bir qrup orta məktəb şagirdi digər bir şagirdi döyərək öldürüb. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, İraqın cənubunda yerləşən Nəcəf şəhərində baş vermiş hadisəyə bir qrup orta məktəb şagirdinin öz aralarında mübahisənin sülhlə həll edə bilməmələri olub. Məlumata görə, hadisəni  6 nəfərdən ibarət olan qruplaşma məktəbın çıxışında törədib.

Öldürülən şagirdin yaxınları məktəbin mühafizə sistemini günahlandırıb, məktəb isə hadisənin məktəbdən kənarda baş verdiyini bildirərək, məsuliyyəti özərinə götürməyib.

Ölən şagirdin yaxınlarının sözlərinə görə, hadisəni törədən azyaşlılardan ibarət qrup İraq TV-də yayımlanan Türkiyənin “Kurtlar Vadisi” serialının təsirlənərək öldürmək qərarı çıxarıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir