Modern.az

Avropa Birliyindən ŞOK addım

Avropa Birliyindən ŞOK addım

26 Yanvar 2016, 13:36

Avropa Komissiyası miqrant böhranı ilə bağlı Şengen razılaşmasını məhdudlaşdırmağı planlaşdırır.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Avropa Birliyi daxili işlər nazirlərinin ortaq görüşündən sonra Hollandiyanın miqrasiya naziri Klaas Diykhof bunun üçün qanunuverici əsasların hazırlanacağını deyib.  

“Avropa Birlıiyinin üzv ölkələri Avropa Komissiyasına təklif edir ki, Şengen razılaşmasının 26-cı bəndinə əsasən, əlavə sərhəd-nəzarət məntəqələrinin yaradılmasına icazə verən qanun hazırlasın”.  

Qərarın yaxın 2 il ərzində qüvvədə olması gözlənilir.  

Bundan əvvəl bir neçə ölkə - Avstriya, Almaniya, Norveç, Danimarka və İsveç sərhədlərində nəzarəti gücləndirmək barədə qərar vermişdi.    

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı