Modern.az

Lavrov İŞİD üzvlərinin Gürcüstandakı istirahətindən danışdı

Lavrov İŞİD üzvlərinin Gürcüstandakı istirahətindən danışdı

Dünya

26 Yanvar 2016, 17:33

Rusiya xarici işlər naziri Sergey Lavrov Gürcüstanın Pankisi dərəsinin İŞİD üzvləri üçün sığınacaq rolu oynadığını deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov məhz terror təhlükəsinə görə Rusiyanın Gürcüstanla viza rejimi tətbiq etdiyini deyib.  

“Bizə xəbərlər çatır ki, İŞİD-çilər Pankisi dərəsindən məşqlər, istirahət və ərzaq ehtiyatlarını bərap etmək üçün istiffadə edirlər. Məhz Pankisi dərəsindən terror təhlükəsi gəlməkdə davam etdiyi üçün Gürcüstanla vizasız rejimi ləğv etməyə məcbur olmuşduq”.  

Lavrovun açıqlamasına reaksiya verən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili isə Pankisi dərəsinin rəsmi Tbilisinin tam nəzarəti altında olduğunu deyib.  

Pankisi dərəsi 28 kilometr uzunluğunda və 5 kilometr enində ərazini əhat edir. Bölgədə əsasən, çeçenlər yaşayır.     

Vüqar İsmayılov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!