Modern.az

Dağıstanda “donuz qripi”nə 77 nəfər yoluxub

 Dağıstanda “donuz qripi”nə 77 nəfər yoluxub

26 Yanvar 2016, 23:45

 

Son iki ayda Dağıstanda “donuz qripi”nə 77 nəfər yoluxub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyindən məlumat verilib.   

Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir.   

“Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, deyə qurumdan bildirilib. 

Məlumata görə, Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır, onlardan 61 nəfəri uşaq olmaqla, 130-da  pnevmoniya diaqnozu qoyulub.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər