Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi "Wikileaks"lə bağlı bəyanat verib

ABŞ-ın Azərbaycandakı səfirliyi "Wikileaks"lə bağlı bəyanat verib

3 Dekabr 2010, 11:30

ABŞ-ın Azərbaycandakı səfirliyi "Wikileaks" saytında yayılanları kəskin pisləyib. Modern.az xəbər verir ki, ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqin yaydığı bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir:
"Bu həftənin əvvəli Dövlət Katibi Hillari Klinton qeyd etmişdir: "Bu, insan həyatlarını risk altına qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur. Ölkələr arasında ümumi təhlükəsizliyimizin asılı olduğu sülh münasibətlərinə xələl gətirmək heç bir cəsarətli addımı nümayiş etdirmir"

Biz, məxfi olması nəzərdə tutulan hər hansı məlumatın yayılmasına dərin təəssüf hiss keçiririk. ABŞ hökuməti tərkibində məxfi məlumatın olması fərz edilən sənədlərlə bağlı şərh verməyəcəyi və ya onların detallarını təsdiq etməyəcəyi halda, biz, diplomatik ictimaiyyətin məxfi sənədləri tərtib etmə və yazma təcrübəsindən danışa bilərik. Bu sənədlər hökumətlərin xarici əlaqələri ilə bağlı müzakirələrinə əsaslanan gündəlik daxili təhlil və səmimi qiymətləndirmələri əks etdirir.

Bu sənədlər əksər hallarda xarici siyasətin ilkin və tamamlanmamış ifadələrini özündə cəmləşdirir və onların özü-özlüyündə heç bir mövqeyi yoxdur yaxud da onlar ABŞ siyasətini əks etdirmir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə