Bu il ərzində 70 nəfər HİV-li xəstə aşkar edilib
Cənub bölgəsində 2010 –cu ilin 11 ayı ərzində 70 HİV xəstəsi müəyyən edilib. Bu barədə Modern.az –a Lənkəran QİÇS mərkəzinin baş həkimi Rəmiəli İbişov deyib. Onun sözlərinə görə, bu il ərzində Lənkəranda 21 nəfər, Masallıda 14 nəfər, Cəlilabadda 8 nəfər, Yardımlıda 1 nəfərdə HİV virusu aşkar edilib.
Ümümilikdə cənub bölgəsində 432 nəfər HİV-ə yoluxmuş şəxs qeydiyyatda durur. Xəstələrin əksəriyyətinin narkotik aslılığı olan şəxslər olduğunu deyən R.İbişov qeyd edib ki, virus daşıyıcıları arasında xarici ölkələrdə qorunmadan fahişələrlə cinsi əlaqədə olanlar da var. Bunlar əsasən Rusiya və digər ölkələrə səfərlər edən adamlardır.