Modern.az

Elm adamları Azərbaycandan yaxşı ölkə tapası deyillər...

Elm adamları Azərbaycandan yaxşı ölkə tapası deyillər...

27 Yanvar 2016, 15:16

Dünyada müşahidə edilən qlobal böhran bir çox sahələr kimi elmə də böyük təsir göstərir. İqtisadi böhranın yaratdığı böyük problemlərdən biri ölkələrdə elmi fəaliyyət üçün şəraitin olmaması nəticəsində düşünən beyinlərin başqa yerlərə axın etməsidir.

 Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, bütün dünyada müşahidə edilən qlobal böhran Azərbaycanda da özünü göstərir.  

“Bizim elm xadimləri hara getsələr Azərbaycandan daha münasib, davamlı, stabil yer tapmaqda çətinlik çəkəcəklər. Ümumiyyətlə, türk miqysaına baxsaq görəcəyik ki, Azərbaycan intelektin, elmin, mədəniyyətin, incəsənətin inkişafı üçün daha etibarlı yerdir. Məhz Azərbaycandan harasa beyin axının olacağına inanmıram”.  

N.Cəfərov onu bildirib ki, bu gün iqtisadi böhrana görə Azərbaycan beyin axını müşahidə edilmir.  

“Əksinə, Azərbaycana dünyanın çox yerindən mütəxisslər gəlir, burada çalışırlar, kifayət qədər də məmnunluqla çalışırlar.  

Proses müstəqilliyimizin ilk illərində olduğunun əksinədir.

Yəni müstəqilliyimizin ilk illərində Azərbaycandan beyin axını müşahidə olunurdusa, indi artıq elə bir təhlükə yoxdur. Bununla yanaşı, bir məsələ də var ki, bu gün elm, mədəniyyət, incəsənət də istər-istəməz qloballaşan dünyada mövcuddur. Əlaqələr sıxlaşıb, mütşərək işlər, müqavilələr, araşdırmalar var.

Azərbaycan alimləri, elm adamları bu işlərə qoşlublar. Bu səviyyədə araşdırmalar, tədqiqat mübadilələri gedir ki, bu, artıq qloballaşan dünyanın təzahürüdür”.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi