Modern.az

Məmurlar üçün yaş həddi müəyyən edilib

Məmurlar üçün yaş həddi müəyyən edilib

3 Dekabr 2010, 12:08

Rusiya prezidenti Dmitri Medvedev məmurların yuxarı yaş həddi ilə bağlı qanun imzalayıb. Modern.az-ın məlumatına görə, xəbəri Kremlin mətbuat xidmti yayıb. Qanuna görə, məmurlar üçün vəzifədə qalmağa imkan verən yaş həddi 65-dən 60-a endirilib.

Bu qanun Dövlət Dumasında noyabr ayında qəbul olunub. Qanunun maddələri dövlət qulluğunda çalışan mülki vətəndaşlar üçün xidmət dövrünün həddini dəqiqləşdirir. Bu yaşdan yuxarı qulluqda çalışmaq yalnız işverənin istəyi əsasında mümkün ola bilər. Bu zaman dövlət qulluğunda çalışan işçi ilə müddətdən artıq xidməti nəzərdə tutan əmək müqaviləsi bağlanmalıdır.      

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə