Modern.az

Elmlər Akademiyasına məxsus obyektdə ayını "həbs ediblərmiş"

Elmlər Akademiyasına məxsus obyektdə ayını "həbs ediblərmiş"

3 Dekabr 2010, 12:33


Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 25 noyabr - 2 dekabr 2010-cu il tarixlərində növbəti reyd keçiriblər.
Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, reyd zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrariz parkından 1 ayı müsadirə olunaraq götürülüb.
Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq faktla bağlı tədbirlər görülür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə